ATV ilə bağlı yayılan videoya MTRŞ-dən CAVAB

ATV ilə bağlı yayılan videoya MTRŞ-dən CAVAB
18:32 21 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

"ATV-də efirə getdiyi deyilən videoda ciddi qanun pozuntusu halı yoxdur".

Milli.Az bildirir ki, bu sözləri ATV-də yayımlanan "İdeya qazandı" verilişində münsiflərin öz ideyasını təqdim edən gəncə gülmələri və onu lağa qoymaları barədə yayılan videonu kult.az-a şərh edən MTRŞ-ın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O, videoda baş verənlərin qanun pozuntusu olmadığını da bildirib:

"Həmin videonun efirə gedib-getmədiyi də bilinmir. Çünki kanalın loqosu videoda əksini tapmayıb. Onu da demək lazımdır ki, "İdeya qazandı" verilişi kifayət qədər orijinal layihədir. Belə layihələr gənclərə dəstək olur. Bu layihədə xırda bir məqamı qabardıb layihəni gözdən salmaq olmaz. Bu mənada burada dramatikləşdiriləcək hal yoxdur".

Qeyd edək ki, "İdeya qazandı" verilişi ilə bağlı yayılan videoda öz ideyasını təqdim edən gəncə münsiflərin gülməsi, gənci ələ salmaqları birmənalı qarşılanmayıb.

Milli.Az   

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR