Azərbaycanın "Formula" yarışlarında 20 yaşlı yeganə pilotu - FOTOLAR

Azərbaycanın "Formula" yarışlarında 20 yaşlı yeganə pilotu - FOTOLAR
18:33 21 Aprel 2017
216 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın “Formula” avtoidman yarışlarında yeganə pilotu olan Gülhüseyn Abdullayev Bakıda keçiriləcək Formula-1 yarışına hazırlıq işlərinə cəlb olunub.

Publika.az xəbər verir ki, “Formula Gulf 1000” yarışlarında qələbə qazanan Gülhüseyn Abdullayev Bakıda keçiriləcək Formula-1 yarışı ilə bağlı təəssüratlarını bölüşüb:

“Bakı Şəhər Halqası çox möhtəşəmdir. İnanıram ki, burada yarış pilotlar üçün çox gərgin keçəcək. Əsasən də 8 və 9-cu döngəni xüsusi ilə qeyd etmək istərdim. Pilotların bu döngələrdəki mübarizəsini izləmək çox maraqlı olacaq. Həmçinin, pilotlar güclü Bakı küləyini nəzərə almalıdırlar. Çünki belə halda bolidləri idarə etmək çətin olacaq”.

Qeyd edək ki, Gülhüseyn Abdullayevin 20 yaşı var.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/195975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR