Direktor: "Vulkan palçıqlarından qənaətbəxş istifadə edə bilmirik"

Direktor: "Vulkan palçıqlarından qənaətbəxş istifadə edə bilmirik"
19:12 21 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Palçıq vulkanları - dünya möcüzəsi" mövzusunda elmi - praktiki konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  fondun "Ekoloji maarifləndirmə" proqramı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilati və informasiya dəstəyi ilə keçirilən konfransın iştirakçıları Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki "Daşgil" palçıq vulkanı sahəsi ilə əyani tanış olublar.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbinin tələbələri, KİV nümayəndələrinin qatıldıqları ekskursiya zamanı AMEA-nın Geofizika İnstitutunun professoru Adil Əliyev palçıq vulkanları ilə bağlı onlara ətraflı maarifləndirici məlumat verib.

Konfrans öz işini Qaradağ Rayon Heydər Əliyev Mərkəzində davam etdirib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, əhalinin ekoloji maarifləndirilməsinə töhfə verən tədbirin məhz Qaradağ rayonunda keçirilməsi sevindirici hadisədir.

Azərbaycanın unikal sərvəti sayılan palçıq vulkanlarının mahiyyətinin dəqiqliyi ilə açılmasına böyük ehtiyac olduğunu deyən icra baçşısı alimlərin konfransda səsləndirəcəkləri fikirlərin dinləyicilərə dəqiq bilgilər verəcəyinə əminliyini vurğulayıb.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev konfransa yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. İ.Vəliyev Bilik Fondunun layihələri barədə məlumat verdikdən sonra ölkədə xüsusən ekoloji maarifləndirmə sahəsində görülən işlərə diqqət çəkib, Azərbaycan Prezidentinin sərəncam, fərman, tövsiyə və tapşırıqlarını xatırladıb.

Tədbirdə Qaradağ rayon icra başçısına Bilik Fondunun xatirə hədiyyələri təqdim olunub.

Konfransda AMEA-nın Geofizika İnstitutunun professoru, elmlər doktoru Adil Əliyev "Azərbaycan palçıq vulkanları diyarıdır", mövzusunda çıxış edərək, ölkə ərazisində bütün növlər üzrə 350-dən artıq palçıq vulkanları olduğunu söyləyib. Onun sözlərinə görə, sayı, tərkibi, aktiv fəaliyyətinə görə, Azərbaycandakı palçıq vulkanlarının dünyada analoqu yoxdur, bunlardan Lökbatan vulkanları 2 ildə 24 dəfə püskürməklə rekord nəticə verib. Palçıq vulkanlarına münasibətin tarixi mərhələlərinə toxunan professor vulkanların neft-qaz mədənlərini dağıtması ilə bağlı iddiaların özünü doğrultmadığını, əksinə, prosesin yataqlar üçün əlverilişli olduğunu deyib.

A.Əliyev palçıq vulkanlarının köməyi ilə zəlzələlər haqqında informasiya almağın mümkünlüyünə aydınlıq gətirib. Professor palçıq vulkanlarını təbii sərvətimiz, milli dəyərimiz adlandırıb.

Səhiyyə Nazirliyi Elmi-tədqiqat Tibbi-bərpa İnstitutunun direktoru, professor Əlişir Musayev "Vulkan palçıqlarının müalicəvi əhəmiyyəti və klinik təbabətdə tətbiqi" mövzusunda söylədiyi məruzəsində bu təbii sərvətin xeyirlərindən danışıb. Onun sözlərinə görə, vulkan palçıqlarından qənaətbəxş səviyyədə istifadə edə bilmirik. Ölü dənizdən götürülən maddələrdən hazırlanan dərmanları xaricdən alırıq, amma ərazimizdə olan palçıqlara biganəlik göstəririk.

İnstitut direktoru vulkan palçıqlarının müalicəvi əhəmiyyətini vurğulayaraq, həm sağlamlığa, həm də iqtisadi inkişafa dəstək baxımından Ələt ərazisində kurortlar salınması təklifini irəli sürüb.

"Azərbaycan palçıq vulkanlarının turizm perspektivləri" mövzusunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov çıxış edib.

Natiq palçıq vulkanlarının turizm sektoruna verə biləcəyi xeyirlərdən söz açıb. S.Nəsənov bildirib ki, ölkəmizdəki vulkan ərazilərinin quruluşu Mars planetinə bənzədiyindən cəlbediciliyinə görə, ilk 20-liyə düşüb. Bununla yanaşı, güclü müalicəvi təsirlərə malik olması ekoturistlərin diqqətini cəlb edir.

Bakı və Abşeron Palçıq vulkanları Dövlət -Təbiət Qoruğunun müdiri Ceyhun Paşayev "Bakı və Abşeron Palçıq vulkanları Dövlət-Təbiət Qoruğunun mühafizəsinin aktuallığı aspektləri" mövzusunda qoruğun yaradılması və idarə olunmasının mexanizmləri barədə məlumat verib. C.Paşayev qeyd edib ki, palçıq vulkanlarının təbii komponentlərinin ciddi qorunması məqsədi ilə yaradılan qoruq bir müddət sonra Milli Parka kimi fəaliyyət göstərə biləcək.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş mühəndisi, fəlsəfə elmləri doktoru Rauf Muradov deyib ki, palçıq vulkanları zamanı əmələ gələn materiallardan neft sənayesi, təmir-tikinti, şərabçılıq, quşçuluq, heyvandarlıq sahəsində istifadə etməklə böyük nailiyyətlər əldə olunar.

Sonda tələbələr adından danışan BDU-nun magistrantı Bağırlı Arzu konfransın təşkilatçılarına təşəkkürünü bildirərək, yaşıdlarını palçıq vulkanlarının dərindən öyrənilməsi və tətbiqi istiqamətində səy göstərməyə çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Elşad Xose həddən artıq məsuliyyətsizdir"

29 İyun 2017 20:12

Dünyanın ən qoca qızı 17 yaşında öldü - FOTO

29 İyun 2017 20:12

Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başlayıb

29 İyun 2017 20:12

“Tank qatili”nin pozduğu DOSTLUQ, bir il sonra məhv olacaq “DÖVLƏT”... – GÜNÜN SİYASİ XÜLASƏSİ

29 İyun 2017 20:03

Gənc Tamaşaçılar Teatrı 89-cu mövsümünə yekun vurub -

29 İyun 2017 19:58

Zaur Kamaldan dəniz görüntülərini tənqid edənlərə CAVAB - VİDEO

29 İyun 2017 19:57

İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

29 İyun 2017 19:57

Avropa Yayım Birliyi Ukrayna İctimai Televiziyasını cərimələdi

29 İyun 2017 19:53

Çavuşoğludan münaqişələrin qarşısının alınması ilə bağlı ÇAĞIRIŞ

29 İyun 2017 19:52

Moskvada erməni pedofil tutulub

29 İyun 2017 19:47

Sabah bu ərazilərdə qaz olmayacaq

29 İyun 2017 19:43

İyirmi dörd ildən çoxdur ki, əsgərlərə sovqat aparan Arif baba

29 İyun 2017 19:42

Bakıda bazar iqtisadiyyatında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu mövzusunda seminar keçirilir

29 İyun 2017 19:37

Demet Akalın əri ilə birgə aparıcılıq edəcək

29 İyun 2017 19:37

260 qonaq, 300 mühafizəçi... -

29 İyun 2017 19:37

"Barselona" səfərdə bu forma ilə oynayacaq - FOTO

29 İyun 2017 19:32

Gənc Tamaşaçılar Teatrı 89-cu mövsümünə yekun vurub

29 İyun 2017 19:27

Batareyasız telefon yaradıldı

29 İyun 2017 19:27

Yaşasaydı, 42 yaşı olacaqdı - Oğlu Hüseyn Dəryanın məzarını ziyarət etdi - FOTO

29 İyun 2017 19:22

Sən demə, ac qalmaq xərçəngin QARŞISINI ALIRMIŞ

29 İyun 2017 19:18

Moskva ilə bağlı QORXUNC PROQNOZ

29 İyun 2017 19:17

ABŞ və Azərbaycan İmişli rayonunda tibbi xidmətləri təkmilləşdirir

29 İyun 2017 19:17

Neft buruqlarının ətrafını zibilliyə çevirdilər

29 İyun 2017 19:13

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

29 İyun 2017 19:13

Murad Dadaşov "Maşın" şouda onu şok edən məqamlardan danışdı

29 İyun 2017 19:12

43 yaşında Çempionlar Liqasında oynadı - FOTO

29 İyun 2017 19:12

ETSN Ramana qəsəbəsində məişət tullantılarının çoxalması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət edib

29 İyun 2017 19:07

"Real" gənc ulduzunu bu kluba satır

29 İyun 2017 19:07

Bakının bu hissəsində qaz olmayacaq

29 İyun 2017 19:05

Ölümcül silahlar Rusiyaya tuşlanacaq: ABŞ-dan Moskvaya SON ZƏRBƏ

29 İyun 2017 19:03

Yasamal, Sabunçu və Binəqədi rayonlarının qaz təchizatında məhdudiyyət olacaq

29 İyun 2017 19:02

"Evinin "oboy"u cırıqdır" - Sevdanı lağa qoydu

29 İyun 2017 18:57

Miqrant avtobusun altında 250 km yol qət edərək Avropaya çatdı - VİDEO

29 İyun 2017 18:52

Üzeyir Mehdizadə PEŞMAN OLDU: “Gecikmişəm” - MÜSAHİBƏ

29 İyun 2017 18:48

"Mercedes"in geri çağırdığı avtomobillər Azərbaycana gətirilib? - AÇIQLAMA

29 İyun 2017 18:42

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib

29 İyun 2017 18:42

Braziliyalı futbolçu "Qalatasaray"da

29 İyun 2017 18:42

Evsiz qalan ahıl qadın üçün yeni ev tikilir - QUSARDA

29 İyun 2017 18:39

Çempionun vurulduğu yerdə piyada keçidi niyə yoxdur? - AÇIQLAMA

29 İyun 2017 18:38

Polis rəisi sakinin evini təmir etdirib

29 İyun 2017 18:37

"Mən Vətən yolunda şəhid olmağa gedirəm" - Talış yüksəkliyində həlak olan xüsusi təyinatlı - FOTO

29 İyun 2017 18:37

Beytulla Hüseynov MTN generallarının məhkəməsində deyilənləri TƏKZİB ETDİ

29 İyun 2017 18:34

Zibillərdən geyim kolleksiyası - VİDEO

29 İyun 2017 18:33

“Brexit” Avropa İttifaqının büdcəsində kəsr yaradıb

29 İyun 2017 18:32

Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt

29 İyun 2017 18:32

Manatın sabaha olan məzənnəsi

29 İyun 2017 18:29

S.Bəhlulzadə adına Mədəniyyət Sarayında "Anamın məktubu" tamaşasının təqdimatı keçiriləcək

29 İyun 2017 18:27

Körpü çökdü: 2 nəfər öldü - VİDEO

29 İyun 2017 18:23

"Bəs harada öpüşək?"

29 İyun 2017 18:22

Bakı Zooparkına yeni heyvanlar gətiriləcək

29 İyun 2017 18:22