Türkiyədə növbəti PARTLAYIŞ - VİDEO

Türkiyədə növbəti PARTLAYIŞ - VİDEO
19:28 21 Aprel 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şanlıurfa vilayətinin Suruç mahalında Akçakale yolunun birinci kilometrliyində yerləşən qəbiristanlığın yaxınlığında bir avtomobildə partlayış baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində qadın terrorçu ölüb.

Məlumata görə, avtomobil bomba ilə yüklü olub. Terror aktı həyata keçirməyi planlaşdıran terrorçu avtomobili təmir etməyə çalışarkən partlayış baş verib.

Terrorçunun hədəfində 23 Aprel (uşaq bayramı) və 1 May (beynəlxalq zəhmətkeşlər günü) mərasimləri, həmçinin referendumun nəticələrinə qarşı keçirilən etirazlar olub.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR