Anadan DƏHŞƏTLİ ADDIM: Ev almaq üçün 4 yaşlı oğlunu satışa çıxardı

Anadan DƏHŞƏTLİ ADDIM: Ev almaq üçün 4 yaşlı oğlunu satışa çıxardı
19:43 21 Aprel 2017
251 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistanın hüquq-mühafizə orqanları Daşkənddə 14 min dollara dördyaşlı oğlunu satmağa çalışan qadını saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda paytaxt polisinin mətbuat xidməti bildirib.

Agentliyin həmsöhbəti deyib ki, qadının öz uşağının satmaq barədə qərar qəbul etdiyi ilə bağlı informasiya daxil olmasından sonra polis əməkdaşları potensial alıcı rolunda çıxışı edərək əməliyyata başlayıb. Qadın “avans” aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Uşaq hazırda reabilitasiya mərkəzindədir. Qadın barəsində “insan alveri” maddəsi ilə cinayət işi başlanıb. Onu 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR