Türkiyə ilə birgə hərbi təlimlər başlayır

Azərbaycan və Türkiyə ordusu birgə hərbi təlimlər təşkil edəcək.

Metbuat.az-ın məlumatına görə, məşqlər may ayının 1-dən 5-ə kimi davam edəcək. Qardaş ölkənin hərbçiləri artıq ölkəmizə gəlib. Türkiyəli hərbçilər təntənəli mərasimlə qarşılanıb. Təlimlərin keçirilməsində məqsəd iki ölkənin silahlı qüvvələri arasında koordinasiyanı inkişaf etdirməkdir. Təlimlərdə zirehli texnika, top batareyaları, hərbi təyyarə və helikopterlər də işitrak edəcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR