Avropa çempionatı:

Cüdo üzrə Avropa çempionatında mübarizə davam edir. Bu gün növbəti 4 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan yığması üçün gün uğurlu alınıb. Belə ki, cüdoçularımız hesablarına 1 qızıl, 1 bürünc medal yazdıra biliblər.

73 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Rüstəm Orucov turnirin bürünc medalına sahib çıxıb.

73 kq çəkidə yarışan digər təmsilçimiz Hidayət Heydərov isə hamıdan güclü olub. Finalda "qızıl xal" hesabına Musa Moquşkovu məğlub edən Hidayət qızıl medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR