İstanbul terrorunda əli olan silahlı öldürüldü

İstanbul terrorunda əli olan silahlı öldürüldü
21:34 21 Aprel 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada Yeni İl gecəsi İstanbulda törədilən terror aktında əli olan İŞİD silahlısı məhv edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas bildirib.

 

“Aprelin 6-da ABŞ qüvvələri tərəfindən yanvarın 1-ə keçən gecə İstanbulda baş verən terror aktının təşkilatçılarından biri Əbdürrəhman Özbəyi məhv edilib. O, əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsi, maliyyələşdirilməsi ilə məşğul olub. Bundan başqa, Ə.Özbəyi Suriya və İraqdan kənarda terror aktlarının hazırlanmasında mühüm rol oynayıb”, deyə C.Tomas bildirib.

 

Qeyd  edək ki, Yeni il gecəsi İstanbulda “Reina” gecə klubuna edilən  hücum zamanı  39 nəfər ölüb, 65 nəfər yaralanıb.  Terror aktını törədən şəxs yanvarın 16-da İstanbulda yaxalanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR