Vitaminlərin qəbulu insanın ÖLÜMÜNÜ TEZLƏŞDİRİR

Vitaminlərin qəbulu insanın ÖLÜMÜNÜ TEZLƏŞDİRİR
22:12 21 Aprel 2017
242 Ölkə
Ölkə mətbuatı
A- A+

Danimarka alimləri sübut edir ki, süni vitaminlər və s. süni sintetik qida əlavələri insanı nəinki daha sağlam etmir, hətta onun ölümünü tezləşdirir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, vitamin həblərdə olan ziyanlı sintetik komponentlər mədə xorası, vaxtında qabaq ölümün riskini artırır.

Mütəxəssislər aşkar edib ki, A,C və E vitaminlərini müntəzəm olaraq qəbul edən insanlar bu vitaminləri qəbul etməyən insanlarla müqayisədə daha tez dünyasını dəyişir.
Alimlərin sözlərinə görə, insanlar üçün vitaminlərin əsas mənbəyi meyvə və tərəvəzlər olmalıdır.
Bundan əvvəl Kolorado Universiteti alimləri aşkar ediblər ki, A vitamininin çoxlu miqdarda qəbulu xərçəng xəstəliyin riskini 20% artırır. C vitamininin həddindən artıq miqdarda qəbulu isə ürək-damar sistemi xəstəliklərinin riskini 34% artırır.
Mütəxəssislər qeyd edir ki, istənilən vitaminləri  yalnız həkim təyin etdikdən sonra qəbul etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/537308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR