"Volkswagen" 2,8 milyard dollar cərimə edilib

"Volkswagen" 2,8 milyard dollar cərimə edilib
22:37 21 Aprel 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Detroyt şəhərində (Miçiqan ştatı) federal hakim "Volkswagen" avtomobil şirkətini 2,8 milyard dollar cərimə edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, cərimənin səbəbi avtomobillərdə ABŞ-ın sərt ekoloji normalarını yan keçməyə imkan verən proqram təminatı olub.

Məlumatda deyilir ki, avtomobil şirkəti 2,8 milyardlıq cərimədən başqa, "dizel qalmaqalı" nəticəsində zərər çəkmiş avtomobil sahiblərinə 11 milyard dollar məbləğində kompensasiya ödəməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR