Ramil Usubov: "Cinayət və hüquqpozmalara meyilli şəxslər ciddi nəzarətdə saxlanılacaq"

Ramil Usubov: "Cinayət və hüquqpozmalara meyilli şəxslər ciddi nəzarətdə saxlanılacaq"
22:37 21 Aprel 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Cinayət və hüquqpozmalara meyilli şəxslər ciddi nəzarətdə saxlanılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu daxili işlər naziri Ramil Usubov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı deyib.

Daxili işlər naziri qeyd edib ki, Azərbaycan Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə başlanılıb. Dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldilib:

"Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb. Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan da 252-si qadın əməkdaşlarımızdır.

Cari ilin mart və aprel aylarında qüvvə və vasitələrin Oyunların keçiriləcəyi obyektlərdə perimetr boyu, eləcə də sektorlar üzrə yerləşəcəyi nöqtələr konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb, şəxsi heyətə vəzifələri izah edilib, köməkçi qərargahların təlim-məşqləri keçirilib. Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd "X-RAY" və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1800 əməkdaş praktiki məşğələlərə cəlb edilib".

R.Usubov bildirib ki, yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər də diqqət mərkəzindədir: "Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.

Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən 158 sürücü seçimdən kənarlaşdırılıb, habelə namizədliyi təsdiqlənmiş sürücülər üçün cari ilin mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib. Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında "üztanıma" funksiyasını yerinə yetirən 267 kamera quraşdırılacaq. Ümumilikdə, bu gün respublikada "Təhlükəsiz şəhər" sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir".

Nazir xüsusilə qeyd edib ki, möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində birinci Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 "İPatrol" mayak, habelə "BMW" və "Mercedes" markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcək:

"Həmin dövrdə ingilis dili kurslarını bitirmiş bayır xidmətinin 1000-dən çox əməkdaşının müvafiq biliklərini artırılması istiqamətində əlavə tədbirlər də görülüb. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib".

R.Usubov vurğulayıb ki, respublikada kriminogen durumun tam nəzarətdə saxlanılması və profilaktik işin gücləndirilməsi üzrə kompleks tədbirlər davam etdirilir. Bu gün Azərbaycan və onun paytaxtı Bakı şəhəri əvvəlki illərdə olduğu kimi, dünyanın ən təhlükəsiz yerlərindən biridir: "Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə qorunduğu ölkəmizdə indi qarşımızda duran mühüm vəzifələrdən biri preventiv tədbirlərin davamlılığının təmin edilməsidir.

Su, hava və dəmir yolu nəqliyyatında, avtovağzallarda, Bakı Metropolitenində, neft kəmərlərində, kommunikasiya vasitələrində və digər strateji obyektlərdə təhlükəsizlik tədbirləri və diplomatik nümayəndəliklərin mühafizəsi digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birgə, yəni əlaqəli şəkildə təşkil olunur".

Nazir deyib ki, profilaktik qeydiyyatda olan, cinayət və hüquqpozmalara meyilli şəxslər ciddi nəzarətdə saxlanılacaq:

"Onu da məruzə edirəm ki, artıq Oyunların Akkreditasiya Mərkəzi cari ilin aprel ayının 7-dən mühafizəyə götürülüb. Aprel ayının 30-dan isə ardıcıllıqla - yarış, qeyri-yarış və məşq yerlərini əhatə edən 30 obyekt mühafizəyə qəbul ediləcək və hər birində sutkalıq xidmət təşkil olunacaq.

Sonda əmin etmək istəyirəm ki, bu möhtəşəm beynəlxalq tədbirlə bağlı cənab Prezidentin və Sizin bütün tələb və tapşırıqlarınız daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən tam yerinə yetiriləcək, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunacaq".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

26 May 2017 03:38

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

26 May 2017 03:17

Yəmənin cənub-qərbində toqquşmalar davam edir: 38 ölü

26 May 2017 03:15

Heç yerdə görmədiyiniz 15 QEYRİ-ADİ MASA - FOTOLAR

26 May 2017 03:03

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 02:37

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 02:36

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26 May 2017 02:35

Məlahətli Alessandra - FOTO

26 May 2017 02:32

Stella Ediyə çevrildi - FOTO

26 May 2017 02:32

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 02:22

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul

26 May 2017 00:05

Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur

26 May 2017 00:05

Gəncədə “BMW” ilə qəza törətdi

26 May 2017 00:03

Astroloji proqnoz - 26 may

26 May 2017 00:03

"Moody's" Samir Şərifova etibar edir

25 May 2017 23:57

Trampdan Monteneqro prezidentinə hörmətsizlik -

25 May 2017 23:56

Azərbaycan şərabları Vaşinqton festivalında - FOTO

25 May 2017 23:52

Bu qarışımı qoltuq altına sürtdükdə tüklər birdəfəlik yox olur

25 May 2017 23:52

Müxbiri döyən siyasətçi cəzalanacaq

25 May 2017 23:52

10 yaşında 190 kq - FOTO

25 May 2017 23:50

Piylənmədən ən çox əziyyət çəkən insanlar hansı ölkələrdə yaşayırlar​?

25 May 2017 23:47

"ABŞ maliyyə yardımını azaldarsa"... - BMT

25 May 2017 23:42

“Real” azarkeşləri üçün xüsusi tabut

25 May 2017 23:42

Orqanizmi qısa müddətdə toksinlərdən təmizləməyin YOLU

25 May 2017 23:42

Batumidə 28 May - Respublika Günü təntənəli şəkildə qeyd olunub

25 May 2017 23:32

Şou ulduzu çimərlikdə - FOTO

25 May 2017 23:32

Masallıda onlarla evdə çökmə baş verib:

25 May 2017 23:30

BMT: ABŞ maliyyə yardımını azaldarsa, Təşkilat öz vəzifələrini yerinə yetirə bilməyəcək

25 May 2017 23:22

Oğlan uşağını necə tərbiyə edək?

25 May 2017 23:22

Kann Festivalında tanınmış modellərin dekolte şousu - FOTOLAR

25 May 2017 23:18

Cinsi zəifliyi aradan qaldıran TƏBİİ VASİTƏ

25 May 2017 23:17

Faydalı bakteriyaların olduğu qidalar hansılardır?

25 May 2017 23:17

Həbsdə olan müstəntiq kitab yazır

25 May 2017 23:15

Pomidoru şəkər tozuna batırın, təsiri sizi heyran edəcək

25 May 2017 23:13