Vaqif Axundov: "İslam Həmrəyliyi Oyunlarında mühafizə tədbirlərinə XDMX-dən 700 hərbi qulluqçu cəlb olunub"

Vaqif Axundov: "İslam Həmrəyliyi Oyunlarında mühafizə tədbirlərinə XDMX-dən 700 hərbi qulluqçu cəlb olunub"
22:42 21 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizliyi ilə bağlı mühafizə tədbirlərinə Xüsusi Dövlət Mühafizə Xidmətindən 700 hərbi qulluqçu cəlb olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı deyib.

V.Axundov qeyd edib: "Biz Xüsusi Dövlət Mühafizə Xidməti olaraq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə birlikdə, xüsusən də bu Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamentinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində təhlükəsizlik tədbirlərini həyata keçiririk. Oyunlar zamanı istifadə ediləcək idman, məşq, qeyri-idman obyektlərinin siyahıları tərtib olunub. Bu siyahıları bizə Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti təqdim edib. Bu obyektlərin hamısına baxış keçirilib. Daxili İşlər Nazirliyi və digər qurumlarla buraxılış rejimini həyata keçirmək üçün texniki mühafizə və videonəzarət avadanlıqlarının quraşdırılması və mühafizə planlarının hazırlanması işlərinə başlanılıb.

Biz birinci Avropa Oyunları zamanı alınaraq respublikamıza gətirilmiş çoxlu sayda texniki avadanlıqlardan IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə edəcəyik. Bunlar "X-RAY" avadanlıqları, stasionar metalaxtaran, partlayıcı maddələri aşkarlayan qurğulardır. Həmçinin 1000-dən çox kameranı təmir etmək üçün "Boch" videomüşahidə sistemi, üç baza stansiyası, dörd min "Motorola" tipli əl radiostansiyalarıdır. Altı yüz "Motorola" mobil stansiya alınaraq artıq gətirilib və qoruduğumuz obyektlərdə bunlardan tam həcmdə istifadə edəcəyik. Hazırda bu avadanlıqların obyektlərdə qurulması işləri tam başa çatıb. 17 obyektdə 114 "X-RAY" avadanlığı, 213 stasionar metalaxtaran avadanlıqlar quraşdırılıb, 13 obyektdə isə 41 "X-RAY" və 81 stasionar metalaxtaranların quraşdırılması aprelin sonlarında başa çatdırılacaq".

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi deyib ki, 10 idman obyektində daxildə və perimetr boyunca videomüşahidə sistemləri quraşdırılıb. Beş obyektdə isə belə sistemlərin quraşdırılması nəzərdə tutulur:

"2017-ci ilin fevral ayından başlayaraq aidiyyəti qurumlarla birgə Oyunların kibertəhlükəsizliyinin təmin olunması üzrə zəruri tədbirlər hazırlanaraq həyata keçirilir. Qeyd olunduğu kimi, tədbirlərə cəlb olunmuş çoxsaylı personal - bu idman obyektlərində çalışacaq işçilər ətrafında yoxlama tədbirləri həyata keçirilib. Bu siyahılar bizə və eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə təqdim olunub. Bu insanları xüsusi yoxlamalardan keçirmişik. Təkcə Xüsusi Dövlət Mühafizə Xidməti 1560 nəfəri yoxlayıb. Onlardan 107 nəfəri barəsində nüfuzdan salan məlumatlar əldə olunduğuna görə tədbirlərdən kənarlaşdırılıb.

Oyunların keçirilməsi ilə bağlı Azərbaycana gələn çoxsaylı qonaqlara qarşı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verə biləcək hər hansı təxribat hallarının qarşısının alınması məqsədi ilə "AZAL"ın Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə profilaktik tədbirlər hazırlanaraq həyata keçirilir".

V.Axundov əlavə edib ki, Bakı Olimpiya Stadionunda Oyunların açılış və bağlanış mərasimləri zamanı havaya qaldırılacaq helikopterlərin təhlükəsizlik uçuşu ilə əlaqədar "Silk Way Helicopter" şirkəti və Təşkilat Komitəsinin mərasimlər departamenti ilə müvafiq hazırlıq işləri aparılır:"IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizliyi ilə bağlı mühafizə tədbirlərinə Xüsusi Dövlət Mühafizə Xidmətindən 700 hərbi qulluqçu, o cümlədən 100 qadın hərbi qulluqçu cəlb olunub. Aprel ayında onlarla təlim toplanışları keçirilib, buraxılışa nəzarət avadanlıqlarından - "X-RAY" və metalaxtarandan istifadə etmək bacarıqlarını təkmilləşdirmək məqsədilə kurslar təşkil edilib.

Ümumiyyətlə, Xidmətimizin texniki mütəxəssisləri tərəfindən mühafizə tədbirlərinə cəlb olunacaq hüquq mühafizə orqanlarının 1500 nəfərlik şəxsi heyəti ilə xüsusi təlim toplanışları və məşqlər keçirilib. İdman obyektlərində və qeyri-idman obyektlərində quraşdırılmış "X-RAY" və metalaxtaranlarda işləmək üçün Daxili İşlər Nazirliyinin və digər qurumların əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində təlimlər təşkil olunub. Xüsusilə qeyd etmək lazımdır ki, bütün idman obyektlərinin lift sektorlarının və yüksək səviyyəli qonaqların yaşayacağı mehmanxanaların mühafizə planları və sxemləri hazırlanaraq, Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti ilə razılaşdırılıb".

Xidmət rəisi bildirib ki, bundan əlavə, Xidmətimizin situasiya mərkəzi tərəfindən 5 mindən çox müşahidə kamerası vasitəsilə obyektlərə videonəzarətin təmin edilməsi ilə bağlı həyata keçirilən hazırlıq tədbirləri başa çatdırılıb:"İdman və qeyri-idman obyektlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə Xidmətimiz tərəfindən ayrılmış mühafizə rəhbərlərinin mayın 1-dən etibarən obyektlərə göndərilməsi, mayın 8-dən isə idman obyektlərinin VIP sektorlarının müayinə edilərək tam mühafizəyə götürülməsi nəzərdə tutulur. Təhlükəsizlik məsələlərinin operativ həlli üçün Xidmətimizin işçi qrupu mayın 1-dən Təşkilat Komitəsinin baş ofisinə ezam olunacaq, orada digər qurumların əməkdaşları ilə birlikdə tam fəaliyyətə başlayacaqlar. Bununla yanaşı, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhərinə səfər edəcək yüksək səviyyəli qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə Xidmətimizin avtomobil parkında zəruri sayda avtonəqliyyat vasitələri texniki baxışdan keçirilərək tam hazır vəziyyətə gətirilib və qonaqlara xidmət göstərəcək.

Təhlükəsizlik tədbirlərinə cəlb olunacaq mühafizə əməkdaşları üçün xüsusi gödəkçələr hazırlanıb. Bu gödəkçələrin forması Təşkilat Komitəsi ilə razılaşdırılıb və tədbirlərin təhlükəsizliyinin təmin olunması zamanı bu gödəkçələrdən istifadə olunacaq. Yaddaş kitabçaları hazırlanıb və 1000-ə yaxın əməkdaşımıza paylanıb. Burada bütün məlumatlar var: həm idman obyektlərinin yerləri, həm keçiriləcək idman növləri, təmsil olunacaq dövlətlər haqqında bütün məlumatlar yaddaş kitabçasında öz əksini tapıb. Şəxsi heyət bu tədbirlərin həyata keçirilməsinə demək olar ki, tam hazırdır.

Çox hörmətli Birinci vitse-prezident, Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasında IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti əlindən gələni əsirgəməyəcək və bu tədbirlərdə təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda quldurluq: başına vurub evə girdilər

27 Aprel 2017 11:39

Azərbaycanın iştirakı ilə TAP-ın açılışı olacaq

27 Aprel 2017 11:38

Ölkədə bunkerlərin sifarişi artıb - Nüvə müharibəsinə HAZIRLIQ

27 Aprel 2017 11:38

Proqnoz: Vyana anlaşması uzadılmasa, neft 40 dollara kimi ucuzlaşa bilər

27 Aprel 2017 11:37

"Ağıllı" balış gecə lampası, zəngli saat funksiyasını yerinə yetirəcək və yuxuya nəzarət edəcək

27 Aprel 2017 11:35

Sağlamlıq imkanları məhdud insanlar üçün yeni qurğu yaradılıb

27 Aprel 2017 11:35

DİQQƏT! Alında qırışları olanların bu orqanı düzgün işləmir

27 Aprel 2017 11:35

Yol polisi sürücüyə gülünc formalı "foto-fakt" göndərdi - FOTO

27 Aprel 2017 11:32

Azərbaycan gömrükçüləri 18 kq narkotik vasitə aşkar edib

27 Aprel 2017 11:32

Özündən 28 yaş kiçik qızla evlənən polkovnikin keçmiş həyat yoldaşından ŞOK AÇIQLAMA

27 Aprel 2017 11:29

Zakir Qaralovdan YENİ TƏYİNAT

27 Aprel 2017 11:28

"Lotu Quli"nin qohumuna HÖKM OXUNDU

27 Aprel 2017 11:27

Şimali Koreya və Cənubi Koreya arasında gərginlik pik həddə çatıb

27 Aprel 2017 11:27

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

27 Aprel 2017 11:26

Hülya Avşar Beren Saatı BƏYƏNMƏDİ!

27 Aprel 2017 11:23

"Lotu Quli"nin yeznəsinə hökm oxunub

27 Aprel 2017 11:22

Azərbaycan tərəfi Rusiya ilə sərhəddə baş verən meşə yanğını ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

27 Aprel 2017 11:22

"Qarabağ"ın hücumçusu ən yaxşı legioner seçildi

27 Aprel 2017 11:22

Trampın vergi islahatı paketi birmənalı qarşılanmayıb

27 Aprel 2017 11:22

Məşhur futbolçunun anasını küçə qadını ilə səhv saldılar - FOTO

27 Aprel 2017 11:22

4-cü dəfə evlənən polkovnikin keçmiş arvadı elə şeylər danışdı ki... - FOTOLAR

27 Aprel 2017 11:18

Fransız polislər küçələrə çıxdılar: "Bizi qoruyun!" - FOTO

27 Aprel 2017 11:17

​Sərnişindaşımada YENİLİK

27 Aprel 2017 11:17

Bülent Ersoyun kişiliyi tutdu

27 Aprel 2017 11:15

Prokuror 9 il istədi, hakim 1 il 6 ay cəza verdi - "LOTU QULİ"nin YEZNƏSİNƏ

27 Aprel 2017 11:14

Fuad Ələsgərov: "Azərbaycanda korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə var"

27 Aprel 2017 11:12

Azərbaycan və Rusiya hərbçiləri kimyəvi silahdan müdafiə məsələsini müzakirə ediblər

27 Aprel 2017 11:12

Azərbaycan nefti ən bahalı oldu

27 Aprel 2017 11:12

Bakının "İnter" komandası Gəncədə gənclərlə oynayacaq

27 Aprel 2017 11:12

Əli Əhmədov: "Azərbaycanda tikinti sektoru investisiya yatırımı baxımından ikinci yeri turur"

27 Aprel 2017 11:12

Egey dənizində türk-yunan qarşıdurması: ADA KİMİNDİR?

27 Aprel 2017 11:08

Azərbaycanda qəbul səviyyəsi “sıfır” olan məktəblərin adları açıqlanıb

27 Aprel 2017 11:07

Ziya Məmmədovun müşaviri qohumunu yenidən məhkəməyə verir

27 Aprel 2017 11:05

Bakı sakini intihar etdi - Həkimlər də həyatını xilas edə bilmədilər

27 Aprel 2017 11:05

Alim özündən 40 yaş kiçik qızla tutuldu, kameraları görüb özünü itirdi - FOTO

27 Aprel 2017 11:05

Məşhur din xadimi canlı yayımda Quran oxuyarkən KEÇİNDİ

27 Aprel 2017 11:05

Botaş International Limited şirkətinin rəhbərliyi BANM-də

27 Aprel 2017 11:05

Fatimə qızı ilə toyda - FOTO

27 Aprel 2017 11:05

Azərbaycanlı diplomatın həyat yoldaşı oğurluqda ittiham edilir - NYU-YORKDA

27 Aprel 2017 11:03

Hələbdə şəhər azad olunduqdan sonra ilk rəsmi oyun keçirilib

27 Aprel 2017 10:57

Bakıda Azərbaycan və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüş keçirilir

27 Aprel 2017 10:57

“Azərişığ”ın idarələrindən biri ləğv edilib

27 Aprel 2017 10:57

Azərbaycan və Türkiyə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığı genişləndirəcək

27 Aprel 2017 10:57

Tikinti sektorunda qeyri-rəsmi məşğulluq müzakirə olunur - BAKIDA

27 Aprel 2017 10:54

"Azeri Light" bahalaşıb

27 Aprel 2017 10:54

FETÖ-nün yeni hədəfi ortaya çıxdı

27 Aprel 2017 10:53

Baş nazirin müavini: “Dövlət bundan sonra da tikinti sektoruna dəstək verməkdə maraqlıdır”

27 Aprel 2017 10:52

Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan konsert keçiriləcək

27 Aprel 2017 10:52

ABŞ dünyanın ən böyük neft mənbəyi olacaq

27 Aprel 2017 10:52

Porno ulduz ona mesaj yazan futbolçunu rüsvay etdi - FOTO

27 Aprel 2017 10:52