Vüsal Kərimli: "IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Nəqliyyat Əməliyyat Mərkəzinin təşkili işləri aparılır"

Vüsal Kərimli: "IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Nəqliyyat Əməliyyat Mərkəzinin təşkili işləri aparılır"
23:42 21 Aprel 2017
189 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Nəqliyyat Əməliyyat Mərkəzinin təşkili işləri aparılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı deyib.

V.Kərimli qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələcək idmançıların, nümayəndə heyətlərinin, yerli və xarici turistlərin, eləcə də paytaxt sakinlərinin rahatlığı üçün nəqliyyat xidmətlərinin koordinasiyalı təşkili olduqca vacib amildir. Məhz nəqliyyat tədbirlərinin düzgün koordinasiyası paytaxt sakinlərinin gündəlik həyatında yarana biləcək maneələrin minimuma endirilməsinə imkan verəcək:

"IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə aşağıda qeyd edilən nəqliyyat tədbirlərinin təşkili həvalə edilib: açılış və bağlanış mərasimləri zamanı ictimai nəqliyyatın təşkili; atletlərin nəqliyyatı üçün sürücülərin ayrılması; idman arenalarına ictimai nəqliyyatla gediş-gəlişin təmin edilməsi; "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin (HUB) nəqliyyat-mübadilə mərkəzinə dair tədbirlərin həyata keçirilməsi; maarifləndirmə və digər zəruri tədbirlər.

Məlum olduğu kimi, Oyunların sınaq açılışında, açılış və bağlanış mərasimlərində müvafiq olaraq 23 min, 30 min və 60 min nəfərin iştirakı gözlənilir. Qeyd edilən mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlər üzrə metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb olunub.
Zərurət yaranacağı təqdirdə ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda saxlanılacaq. Bu istiqamətlər üzrə Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılar tərəfindən müəyyən edilən avtobus və sürücülərin siyahısı yekunlaşdırılıb".

Bakı Nəqliyyat Agentliyinin baş direktoru bildirib ki, sınaq açılışı, açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların daşınması ekspress xətlər vasitəsilə Olimpiya Stadionuna və mərasimlər bitdikdən sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz əsasda həyata keçiriləcək. Bununla bağlı, agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və müvafiq razılaşmalar əldə edilib. Eyni zamanda, terminalın daxilində avtobusların daha təhlükəsiz hərəkət etməsi üçün dairənin əlavə edilməsi və giriş-çıxışın beton baryerlərlə ayrılması təklif olunub. Hazırda Əməliyyat Komitəsindən bununla əlaqədar yekun cavab gözlənilir. İctimai Nəqliyyat Terminalında avtobusların hərəkəti üçün Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında daşıyıcılar tərəfindən xüsusi texniki heyət ayrılıb, onların yoxlanılması üçün müvafiq qurumlara müraciət edilib.

V.Kərimli əlavə edib ki, sınaq açılışı, açılış və bağlanış mərasimləri günlərində üç ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin və Bakı Metropoliteninin əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərməsi nəzərdə tutulur:

"Atletlər üçün sürücülər bəndinə əsasən, beynəlxalq səviyyəli idman tədbirlərinin praktikasına uyğun olaraq, Oyunlarda iştirak edəcək atletlərin rahat hərəkətinin və maksimum təhlükəsizliyinin təmin edilməsi məqsədilə Əməliyyat Komitəsi tərəfindən xüsusi ayrılmış avtobuslardan istifadə edilməsi planlaşdırılıb. Ayrılmış 144 ədəd "Neoplan" və 20 ədəd "Sprinter" markalı avtobusların idarə edilməsi üçün 320 sürücünün cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə sərnişindaşıma ilə məşğul olan daşıyıcıların müəyyən etdiyi 616 nəfərdən ibarət sürücünün siyahısı yoxlanılmaq üçün Əməliyyat Komitəsinə təqdim edilib.

Sürücülərin siyahısı müvafiq strukturlar - Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən uyğunluğa dair yoxlamadan keçirilib. Yoxlamadan keçən 490 sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib və artıq 245 sürücü təlimi uğurla başa vurub".

O bildirib ki, bütün idman arenalarına tamaşaçıların, könüllülərin, işçi qüvvəsinin ictimai nəqliyyatla rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Agentlik arasında mütəmadi aparılan görüş və müzakirələrin nəticəsi olaraq Tədbirlər Planı işlənilib:

"Plana əsasən, Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi üçün bir sıra avtobus xətlərində dəyişikliklər aparılması, hərəkət cədvəllərinə düzəlişlərin olunması, zərurət yarandığı istiqamətlərdə avtobusların sayının artırılması və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edilən məsələlərlə bağlı müvafiq şərnişindaşıma şirkətlərinin rəhbərləri ilə mütəmadi görüşlər, həftəlik sxem üzrə maarifləndirmə işləri aparılır.

Mayın 18-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"da keçiriləcək iki futbol oyununda iştirak edəcək tamaşaçıların və digər şəxslərin daşınması üçün "Koroğlu" metrosu-"Dalğa Arena" istiqamətində xüsusi ekspress xəttin fəaliyyəti təmin ediləcək".

Bakı Nəqliyyat Agentliyinin baş direktoru bildirib ki, Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş sərnişinlərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər iştirakçıların) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən mayın 1-dən 30-dək ödənişsiz istifadəsi təmin olunacaq. Bu məqsədlə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən verilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib:

"Ümumilikdə atletlərin nəqliyyat üzrə tələbatının təmin edilməsi tədbirləri çərçivəsində atletlər üçün ayrıca nəqliyyat mərkəzinin yaradılması da həyata keçirilib. Bunun üçün "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin ərazisi seçilib. Bu məqsədlə müvəqqəti fəaliyyət ərazisi kimi Milli Gimnastika Arenası ilə üzbəüz ərazi müəyyən edilib. Tərəfimizdən hazırlıq işləri aparılıb, ərazinin plan-sxeminin layihəsi tərtib edilərək, müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Eyni zamanda, hazırlıq işləri bitdikdən sonra avtobus əməliyyatı aprelin 3-də tam şəkildə Milli Gimnastika Arenası ilə üzbəüz yerləşən həmin əraziyə köçürülüb. Məlumat üçün bildirim ki, gün ərzində "Koroğlu" HUB-a ətraf kənd və qəsəbələrdən 29 marşrut üzrə 430 avtobus daxil olur.

Müvəqqəti yaradılmış "Koroğlu" HUB-da sərnişinlərin rahatlığının və ən əsası, təhlükəsizliyinin artırılması məqsədilə bir sıra zəruri tədbirlər görülüb. O cümlədən avtobusların sürətinin azaldılması üçün xüsusi tramplinlər quraşdırılıb, sərnişinlər üçün istiqamətləndirici və məlumatlandırma lövhələr yerləşdirilib. Piyadaların təhlükəsiz hərəkətinin və məlumatlandırma işlərinin əhəmiyyətini nəzərə alaraq, könüllülərin imkanlarından da geniş istifadə edilir".

V.Kərimli qeyd edib ki, Oyunların müvafiq təhlükəsizlik səviyyəsinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən Bakı şəhərinin bəzi avtomobil yollarının müvəqqəti bağlanılması nəzərdə tutulub. Bununla əlaqədar "Koroğlu" HUB-da fəaliyyət göstərən marşrutların işində müvafiq dəyişikliklərin edilməsi zərurətinin yaranması gözlənilir. Qeyd olunanları nəzərə alaraq, Bakı Nəqliyyatı Agentliyi tərəfindən "Koroğlu" HUB-un dayanacaqlarının digər ərazilərdə yerləşdirilməsi və dayanacaqların yerlərinin dəyişdirilməsi bir daha planlaşdırılıb və işlənilib:

"Qeyd edilən məsələlərdən əlavə digər təşkilati və texniki tədbirlər də həyata keçirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binasında müvafiq dövlət qurumlarının və Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət Nəqliyyat Əməliyyat Mərkəzinin təşkili işləri aparılır. Oyunlar zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş idarəetməsi məhz burada aparılacaq. Əməliyyat Komitəsinin təklifinə əsasən, Oyunlara hazırlıq və Oyunlar zamanı ictimai nəqliyyat üzrə bütün maarifləndirmə və məlumatlandırma kampaniyası Agentliyin vasitəsilə həyata keçiriləcək. Bunun üçün aşağıdakı məlumat kanallarından istifadə ediləcək: "AvtoRadio" 107.7 FM vasitəsilə yarışlar və yollar haqqında məlumatlar; dayanacaqlardakı Avtobus İnformasiya Terminalları vasitəsilə avtobusların gəlib-getmə vaxtları və eyni zamanda, yarış istiqamətləri və yarışlar haqqında məlumatlar; VMS (elektron informasiya tabloları) və stasionar bannerlər vasitəsilə yarışların işıqlandırılması; avtobusların daxilində maarifləndirici məlumatlar vasitəsilə və eyni zamanda, BNA əməkdaşları və könüllülərin gödəkçələri üzərində "Nəqliyyat bələdçisi" layihəsinə start veriləcək.

Hörmətli xanım Birinci vitse-prezident, nəzərdə tutulan nəqliyyat işlərinin daha səmərəli həyata keçirilməsi məqsədi ilə Əməliyyat Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında nəqliyyat sahəsində səlahiyyətlərin bölgüsünə dair protokolun hazırlanıb imzalanmasını məqsədəmüvafiq hesab edirik. Həmçinin nəqliyyat sahəsindəki işlər üzrə məsul əlaqələndirici təşkilatın təyin edilməsini təklif edirik.

Sonda Sizi əmin etmək istərdik ki, bizə həvalə edilən və bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar Bakı Nəqliyyat Agentliyi tərəfindən vaxtında və tələb olunan səviyyədə icra ediləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və şəxsən Sizin yüksək etimadınızı doğruldacaq və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq

18 Avqust 2017 07:17

İspaniyada yaralanmış 5-ci terrorçu da öldü

18 Avqust 2017 07:09

Mineral su içməyin faydaları

18 Avqust 2017 07:03

"Ericsson" 25 minədək işçisini ixtisar edəcək

18 Avqust 2017 06:38

Barselonadakı terrorçu sürücü hələ də azadlıqdadır

18 Avqust 2017 06:34

Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü tapılmayıb

18 Avqust 2017 06:32

Konqoda 40 nəfər sürüşmənin qurbanı olub

18 Avqust 2017 06:07

Taxtadan bikini, radiolu şapka... - insanlara heç bir faydası olmayan 15 ANLAMSIZ KƏŞF

18 Avqust 2017 06:03

"Titanik"in qəhrəmanları 20 il sonra bir arada

18 Avqust 2017 05:49

"Dembele və Koutinyonu transfer etməyə yaxınıq" - "Barselona" rəsmisi

18 Avqust 2017 05:33

Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO

18 Avqust 2017 05:03

İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib

18 Avqust 2017 04:52

Barselonada 18 ölkədən azı 100 nəfər yaralanıb

18 Avqust 2017 04:34

12 yaşlı oğlan yol qəzasının qurbanı oldu

18 Avqust 2017 04:33

Avropa Liqası: "Fənərbaxça" uduzdu

18 Avqust 2017 04:29

Sinəsi açılan aktrisa pis vəziyyətə düşdü - FOTOLAR

18 Avqust 2017 04:03

Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşları xəsarət alıb

18 Avqust 2017 04:02

İspaniyada iki partlayış: ölən və yaralananlar var

18 Avqust 2017 03:49

İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub, xəsarət alanlar var

18 Avqust 2017 03:47

Təminat verirəm ki, müharibə olmayacaq - Cənubi Koreya lideri

18 Avqust 2017 03:33

Barselonada atışma zamanı 2 polis yaralandı

18 Avqust 2017 03:29

Bakıda toy mərasimində qohumlar arasında dava olub: xəsarət alan var

18 Avqust 2017 03:12

Bu ilin ən yaxşı baş məşqçisi Londonda açıqlanacaq

18 Avqust 2017 03:03

Neqativ emosiyaların mənfi qarşılanması psixi sağlamlığın pozulmasına səbəb olur

18 Avqust 2017 02:33

Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var

18 Avqust 2017 02:22

Sabirabadda bıçaqlanma

18 Avqust 2017 02:19

Barselonada şübhəli bilinən terrorçulardan biri məhv edilib

18 Avqust 2017 02:10

Qalaaltı sanatoriyasına gələn turistlərin sayı 40 FAİZ ARTIB

18 Avqust 2017 02:03

Neftçala sakinindən narkotik vasitələr götürüldü

18 Avqust 2017 01:59

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

18 Avqust 2017 01:38

Azərbaycan məhsulları “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində təqdim olunacaq

18 Avqust 2017 01:37

Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi

18 Avqust 2017 01:33

Avroliqada "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

18 Avqust 2017 01:32

Ən yaxşı adına 24 namizəd - FİFA açıqladı

18 Avqust 2017 01:17

Türkiyədə meşədə güclü yanğın

18 Avqust 2017 01:14

Barselonada teraktdan sonra iki nəfər həbs edildi

18 Avqust 2017 00:54

Viktor Valdes futboldan getdi

18 Avqust 2017 00:48

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI - 2018, 2023, 2028... - VİDEO

18 Avqust 2017 00:43

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

18 Avqust 2017 00:42

Sakindən 3,2 kq marixuana götürüldü

18 Avqust 2017 00:34

Rusiya Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırır -

18 Avqust 2017 00:31

Barselonada baş verənlər nefti bahalaşdırdı

18 Avqust 2017 00:28

“Tavriya”nın vurduğu uşaq öldü

18 Avqust 2017 00:19

Almaniyada 22 min nəfər təcili təxliyyə olundu -

18 Avqust 2017 00:14

İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

18 Avqust 2017 00:09

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08

Bakıda qeyri-adi mağaza: Burada kitablar 20 qəpiyə satılır – VİDEO

17 Avqust 2017 23:58

İspaniyadakı teraktı İŞİD törədibmiş

17 Avqust 2017 23:49

Təminat verirəm ki, müharibə olmayacaq -

17 Avqust 2017 23:48

Bakıda marketdə yanğın olub

17 Avqust 2017 23:42