I divizion:

Futbol üzrə Azərbaycan I divizionunda 25-ci tura yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, müvafiq olaraq "Səbail" və "Ağsu" səfərlərindən məğlubiyyətlə qayıdan "Şəmkir" və "Zaqatala" Premyer Liqaya yüksəlmək şanslarını itiriblər.

Çempionluğunu rəsmiləşdirən "Turan Tovuz" isə "Şahdağ"la xalları yarı bölüb.

Nəticələri təqdim edirik:

I divizion

25-ci tur

21 aprel

"Səbail" - "Şəmkir" - 1:0

Qol: Elvin Adışirinli, 90+1.

"Ağsu" - "Zaqatala" - 4:0

Qollar: Adil Tağıyev, 22; 39. Elnur Səmədov, 36. Əli Bağırov, 75.

"Göyəzən" - "Mil-Muğan" - 3:7

Qollar: Orxan Əsgərov, 59. Aqşin Sadıqov, 80. Cavid Nuriyev, 84 - Vüqar Əlibabayev, 13. Bayram Əliyev, 26; 32. Raul Yaqubzadə, 37; 63. Mənsur Nəhavəndi, 38. Bayram Əliyev, 75.

"Qaradağ Lökbatan" - MOİK - 3:0

Qollar: Rüfət Məmmədov, 10; 28. Əliağa Xudiyev, 57.

"Şahdağ" - "Turan Tovuz" - 1:1

Qollar: Vüqar Asəliyev, 83 - Rəhman Tağıyev, 36.

"Energetik" - "Bakılı" - 1:1

Qollar: Elməddin Cəfərov, 45+1 - Aslan Hüseynov, 34.

"Şərurspor" - "Rəvan" -:-

Reqlamentə əsasən, ilk üç pilləni tutan komandalar növbəti mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış etməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR