Mayk Tayson niyə görə müsəlman olduğundan danışıb

Məşhur boksçu Mayk Tayson İslam dininə gəlişi haqda danışıb.

Mayk Tayson ərəb telekanallarının birinə verdiyi müsahibədə, İslam dininə gəliş səbəbi və bu dinin həyati fəlsəfəsinə necə əməl etdiyi haqda danışıb.

Taysonun sözlərinə görə, heç kəs onu İslam dininə dəvət etməyib və heç kəs ona konkret bir təsir göstərməyib: “Sadəcə olaraq, ətrafımda müsəlmanlar var idi. (Zaman keçdi) və mənim də müsəlman olmaq “növbəm” gəlib çatdı.”

“İslam mənə dünyanın nə olduğunu başa saldı. Hesab edirəm ki, insanlar ya bu (İslam – red.) nöqteyi nəzəri seçir, ya da “qaranlıq tərəfi” seçir…”

Aparıcının “boks yarışları zamanı dua edirsiniz mi?”sualının cavabında isə Tayson bildirib: “Əlbəttə ki, yox, heç vaxt.”

“Rinqdə Allahdan kömək diləmək, eqoizmin ifrat dərəcəsinin nişanəsidir.”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR