Qalın yarpaqlı, rəngbərəng çiçəkli kalanxoe

Qalın yarpaqlı, rəngbərəng çiçəkli kalanxoe
00:05 22 Aprel 2017
139 Maraqlı
Ölkə mətbuatı
A- A+

Sukkulent bitki olan kalanxoenin 200-dən çox növü var, vətəni Madakaskar hesab edilir. Qalın və parlaq yarpaqları olduğuna görə çox gözəl otaq bitkisi sayılır. Payızdan başlayaraq yazın əvvəllərinədək çiçək açır. Açıq havalı məkanları sevir və suya o qədər də meylli deyil. Kalanxoenin qrup halında qırmızı, ağ, çəhrayı, narıncı və sarı çiçəkləri var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kalanxoeni bəzən "otaq jenşeni" də adlandırırlar. Yarpaqları özündə su saxlamaq qabiliyyətinə malikdir. Asan qulluq edilən və az yer tutan dibçək gülüdür. Kölgəliyi sevmədiyindən günəşin isti şüaları ona təsir etmir. Yayda eyvanda açıq havada qoyulanda özünü yaxşı hiss edir, ancaq həddindən artıq isti və həddindən artıq soyuq bitkinin kök və yarpaqlarına ziyan vurur. Payızın yüksək temperaturu və qışın soyuğunda tumurcuqları tökülmür. Onun əkildiyi dibçək ətrafda heç nəyə toxunmamalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR