İran prezidenti “İNSTAGRAM”a elə foto yüklədi ki...

İran prezidenti Həsən Ruhani Novruz tətilində paytaxt Tehrana yaxın dağlıq ərazidə çəkdirdiyi fotonu sosial mediada paylaşıb.

Ruhaninin özəl İnstaqram səhifəsində 2 gənc qız və bir oğlanla çəkilən fotosuna 17 mindən çox şərh yazılıb. Saçlarının çoxu açıqda qalan qızları ilə idman stilində geyimi ilə poza verən prezidentin bu şəkli bir neçə nəfər tərəfindən “seçim şousu” olaraq qiymətləndirilib. Xüsusilə mühafizəkarlar Ruhaninin yanındakı qızların geyiminin “İslam Cümhuriyyətinin dəyərlərinə ziddir” deyə tənqid ediblər. Keçmiş mühafizəkar millət vəkillərindən Hamid Rasayi də fotonun aşağısına şərh yazaraq hökümətin iqtisadi geriliyi kölgələməyə çalışdığını iddia edib.

Digər yandan, Ruhaninin tərəfdarları lideri sonuna qədər müdafiə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR