Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu
00:59 22 Aprel 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarının ən yaxşısı adına Türkiyənin “Beşiktaş” klubunun üzvü Taliska seçilib.

 

O, UEFA-nın rəsmi saytı vasitəsilə keçirilən səsvermədə 53 faizlik göstəriciyə imza atıb. Futbolçunun Fransa “Lion”u ilə görüşdəki 2 qolu fərqləndirilməsində rol oynayıb.

 

“Şalke”nin oyunçusu Sead Kovaçeviç 24 faiz səslə 2-ci olub. “Mançester Yunayted”in üzvü Markus Reşford 19 faiz səs qazanıb. “Selta”lı Mallonu cəmi 45 faiz respondent bəyənib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR