Krediti olanlar sosial mənzil ala biləcəklərmi? -

Sosial mənzillərin elektron qeydiyyatının başlanmasına 10 gün qalıb. Bir çox insanın banklarda krediti olduğuna görə bu şəxslərin sosial mənzil üçün müraciət edib-edə bilməməsi məsələsi gündəmdədir. Ekspertlər bu sualın cavabını "Xəzər Xəbər”ə şərh ediblər.

Elektron qeydiyyatın başlamasına az qalmış sosial mənzil almaq şərtləri ilə bağlı bəzi suallar yaranır. Məsələn, krediti olan şəxslər bu mənzilləri əldə edə biləcəkmi?

İqtisadçılar bu məsələdə əsas məqamın kreditin məbləği olduğunu düşünür.

Vüqar Bayramov deyir ki, kredit ödənişlərinin vaxtlı-vaxtında edilməsi və şəxsin kredit tarixçəsinin normal vəziyyətdə olması vacibdir.

Digər məqam sosial ev almaq hüququ olan şəxslərin ailə üzvlərinin maaşlarının ümumi məbləğə hesablanıb-hesablanmamasıdır. Gənc ailənin üzvlərindən birinin maaşı 300, digərininki 600 manatdırsa, onda həmin ailənin birlikdə 900 manat götürüləcək. Bu isə sosial mənzil almaq istəyən, lakin yüksək maaş almayanlar üçün fürsət deməkdir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR