İmişlidə avtomobil piyadanı vurdu

İmişlidə avtomobil piyadanı vurdu
01:58 22 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Yalavac kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 28 yaşlı Əhmədov Nemət Cəlil oğlu yolu keçmək istərkən minik avtomobili tərəfindən vurulub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, ilk tibbi yardım aldıqdan sonra travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR