Apple 200 milyon iPhone 8 satmağı planlaşdırır

Apple 200 milyon iPhone 8 satmağı planlaşdırır
08:05 22 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Mikrosxem tədarükçüləri "Apple" korporasiyasından aldıqları sorğudan sonra istehsalı genişləndirir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, satışların yüksək gözləntiləri səbəbindən istehsalçılar 2017-ci ilin ikinci yarısında hər rüb ərzində 50 milyon ədəd çipset istehsal edəcəklər.
 
Çin prosessor istehsalçılarına bağlı mənbələr bildirir ki, "Apple" "iPhone 8" adlanacaq özünün yubiley smartfonundan təxminən 220-230 milyon ədəd satmağı planlaşdırır.

Xüsusi olaraq "Apple" üçün yaradılmış A11 prosessoru TSMC şirkəti tərəfindən NXP və "Qualcomm" şirkətlərinin köməyi ilə istehsal olunacaq. Dekabrın 31-də yekunlaşmış 2017-ci maliyyə ilinin birinci rübündə "Apple" 78,3 milyon "iPhone" satıb ki, bu da ötən ildəkindən 18 faiz çoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/537451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR