"Italiya Avropa Ittifaqını tərk etməyəcək" - Centiloni

"Italiya Avropa Ittifaqını tərk etməyəcək" - Centiloni
08:05 22 Aprel 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliya Avropa İttifaqını (Aİ) tərk etməyəcək, lakin çox şey dəyişilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu İtaliyanın baş naziri Paolo Centiloni "Washington Post"a verdiyi müsahibəsində deyib.

Centiloni qeyd edib ki, Avropa İttifaqı qaçqınlar məsələsinin həllinə dair alternativ strategiya hazırlamalıdır: "Bizə alternativ strategiya lazımdır. Liviyaya gələn qaçqınların öz ölkələrinə qaytarılması üçün biz siyasi tədbirlər üzərində işləyirik".

Baş nazirin sözlərinə görə, hazırda qaçqınlar probleminin həlli üçün "çox az iş görülüb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR