Sergey Karyakin: "İlk turda qələbə qazanmağı çox istəyirdim, amma alınmadı" - FOTO

Sergey Karyakin: "İlk turda qələbə qazanmağı çox istəyirdim, amma alınmadı" - FOTO
08:05 22 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Shamkir Chess 2017" turnirində I turun görüşləri davam edir.

Milli.Az "Report"a istinadən bildirir ki, hesabat turunda Rusiya təmsilçisi Sergey Karyakin hindistanlı Pentala Harikrişnayla heç-heçə oynayıb.
Oyundan sonra şahmatçılar mətbuat konfransında iştirak ediblər.
Sergey Karyakin ağ fiqurlarla heç-heçəni normal nəticə kimi dəyərləndirib: "Debütdən sonra üstünlük qazanmadım. Axtarışda idim. Amma Harikrişna çox diqqətli oynadı. 4 saatdan çox mübarizə apardıq. Bərabər səviyyəli oyun keçdi. Hesab nəticəyə görə oldu. İlk turda qələbə qazanmağı çox istəyirdim, amma alınmadı".
Hindistan təmsilçisi Pentala Harikrişna isə Şəmkir turnirində zəif rəqib olmadığını deyib: "Heç-heçə normal nəticədir. Fikrimcə, Şəmkirdə heç-heçələr çox olacaq. Karyakin debütdən üstünlük qazanmadığı üçün müxtəlif variantlardan istifadə etdi. Qara fiqurlarla ona qarşı müqavimət göstərmək asan deyil. Əsas mübarizə irəlidədir. Ona görə artıq növbəti rəqib haqqında düşünmək lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR