Bakıda 48 yaşlı kişini avtomobil vurub

Bakıda 48 yaşlı kişini avtomobil vurub
08:12 22 Aprel 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 48 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Səmədov Seyidəkbər Mirələm oğlu Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yolu keçmək istəyərkən "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub. Avtomobilin sürücüsü xəsarət alan piyadanı xəstəxanaya çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, S.Səmədov ağır kəllə-beyin travması alıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR