“Mançester Yunayted”ə İbrahimoviç şoku

“Mançester Yunayted”ə İbrahimoviç şoku
08:18 22 Aprel 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının 1/4 final mərhələsinin “Anderlext”lə cavab oyununun son dəqiqələrində sıradan çıxan “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviçin zədəsi ciddidir.

Komanda.az xəbər verir ki, sağ dizinin çarpaz bağlarından ciddi xəsarət alan isveçli hücumçunun 8-9 ay yaşıl meydanlardan kənarda qalacağı deyilir. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə 36 yaşlı forvardın ən tezi 2018-ci ilin yanvarında yaşıl meydanlara qayıda biləcəyi qeyd edilib. Xatırladaq ki, mankunianların baş məşqçisi Joze Mourinyo da İbranın zədəsiylə bağlı narahat olduğunu açıqlamışdı.

Cari mövsümdə şans qazandığı 46 oyunda 28 qola imza atan Zlatanın “qırmızı şeytanlar”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/196019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR