MasterCard kartı sahibini izlə tanıyacaq

MasterCard kartı sahibini izlə tanıyacaq
08:22 22 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"MasterCard" ödəniş sistemi Cənubi Afrika Respublikasında sensorlu barmaq izi skanerinə malik ödəniş kartlarını sınaqdan keçirməyə başlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, kart sahibinin şifrlənmiş barmaq izi məlumatları "EMV" çipinə yazılır. Mikrosxemə yalnız kart sahibinə məxsus ikiyədək barmaq izini yazmaq olar.

Yeni kartın qalınlığı adi kredit kartı qalınlığındadır. Barmaq izi skaneri yuxarı sağ küncdə yerləşən və istifadəsi ödəniş terminalına daxil ediləndə mümkün olan kiçik düzbucaqlı şəklindədir.

Pərakəndə satışla məşğul olanlardan biometrik modulu dəstəkləyən plastik kartların qəbulu üçün yeni avadanlığın alınması tələb edilmir.

"MasterCard" kartları cari ilin sonunadək bütün dünyada yaymağı planlaşdırır. Bir çox məsələlərin konkret banklar və müvafiq qanunvericilikdən asılı olmasına görə texnologiyanın əvvəlcə istifadəyə veriləcək ölkələrin siyahısı hələ ki dərc olunmayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR