Marin Le Penin reytinqi teraktdan sonra artıb

Marin Le Penin reytinqi  teraktdan sonra artıb
08:37 22 Aprel 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransada prezidentliyə namizəd olan Marin Le Penin reytinqi "Yelisey çölləri"ndəki terror aktından sonra artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, terror aktından dərhal sonra keçirilən sorğu göstərib ki, seçicilərin 23 faizi Le Peni dəstəkləyir. Bundan əvvəl ekspertlər Le Penin seçkiqabağı reytinqinin bir qədər düşməsini qeyd etmişdilər.

Məlumatda deyilir ki, Fransada prezident seçkilərinin ilk turu ərəfəsində Emmanuel Makron sorğuların lideri olaraq qalır. Sorğu göstərir ki, seçicilərin 24,5 faizi Makronu dəstəkləməyə hazırdır.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-ü, 2-ci turu isə mayın 7-si keçiriləcək.

MƏQALƏDƏ: Fransa

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/537617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR