“Yahoo” itkilərini gəlirlə əvəzlədi

“Yahoo” itkilərini gəlirlə əvəzlədi
08:52 22 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Yahoo" şirkəti 2017-ci maliyyə ilinin martın 31-də yekunlaşan birinci rübünün hesabatını dərc edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkətin gəlirləri bir ildə 1 milyard dollardan 1,33 milyard dollara qədər artıb.
 
Bununla belə, "Yahoo"nun bütün fəaliyyət istiqamətlərinin hər biri daha əvvəlki ilə nisbətdə daha yaxşı gəlir əldə edib. Şirkətin 99 milyon dollar həcmində gəliri həmin həcmdə olan xalis itkilərini əvəzləyib.

Rübün sonuna qədər "Yahoo" 8,021 milyard dollar həcmində pul vəsaitinə və onların ekvivalentinə malik idi. Bundan əvvəlki rübün sonunda bu rəqəm 7,91 milyard dollara bərabər idi.
 
"Yahoo"nun "Verizon" şirkəti tərəfindən əldə edilməsi ilə bağlı razılaşma iyun ayında yekunlaşmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR