140 sərnişin daşıyan bərə pirsə çırpıldı

140 sərnişin daşıyan bərə pirsə çırpıldı
09:05 22 Aprel 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

"Armas" şirkətinə məxsus 140 sərnişini daşıyan "Volcn de Tamasite" adlı bərə Las-Palmas-de-Qran-Kanariya şəhərindən çıxarkən pirsə çırpılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident yerli vaxtla saat 20:30-da baş verib. Elektrikdə nasazlıq olduğundan, komanda mühərrikləri idarə edə bilməyib və nəticədə bərə pirsə çırpılıb.

Hadisə nəticəsində bərədə olan sərnişinlər xəsarət almayıb. Lakin bərəyə və pirsə ciddi ziyan dəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR