AÇ-də son gün: 4 cüdoçumuzun medal arzusu

AÇ-də son gün: 4 cüdoçumuzun medal arzusu
09:27 22 Aprel 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Polşanın Varşava şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitə birinciliyinin son günündə milli komandamızın daha 4 üzvü tatami üzərinə çıxacaq.

Kişilər
90 kq
Bu çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev turnirə 1/16 final mərhələsindən start verəcək. Onun ilk rəqibi moldovalı İon Dumbrav olacaq.
 
100 kq
İki cüdoçu ilə təmsil olunacağımız 100 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini Elxan Məmmədov və Elmar Qasımov qoruyacaq. Cüdoçularımız ikisi də turnirə 1/16 finaldan başlayacaq.
 
Qasımovun ilk rəqibi Filipp Qalandi (Almaniya) olacaq.
 
Elxan Məmmədov isə turnirə italiyalı idmançı ilə start verəcək. O isə ilk olaraq italiyalı D`Arko Vinçenzonu sıradan çıxarmalıdır.
 
+100 kq
Kişilər arasında ən ağır çəkidə (+100 kq) mübarizə aparacaq Uşanqi Kokouri isə 1/8 finalda bosniyalı Harun Sadıkoviç ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, turnirin geridə qalan iki günündə millimiz aktivinə 4 medal yazdırıb. 73 kq çəki dərəcəsində Hidayət Heydərov qızıl medal qazanıb. Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə "bürünc"lə kifayətləniblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR