Qaydaları kobud şəkildə pozub, qəza şəraiti yaradır - FOTO

Qaydaları kobud şəkildə pozub, qəza şəraiti yaradır - FOTO
10:05 22 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtosfer.az-ın təqdim etdiyi foto Bakının Təbriz küçəsində çəkilib. Fotodan göründüyü kimi, 99 DD 510 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil dayanma - durma qaydalarını kobud şəkildə pozub.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, eyni zamanda işıqforun altında avtomobili saxlayıb. Bu azmış kimi park edilən yer yol ayrıcıdır. Yolun kənarında olan nişandan da göründüyü kimi yol ayrıcından sola dönmə var.

Təbii ki, qarşı tərəfdən gələn avtomobilləri buraxmalı və sonra dönməli olan sürücülər sol zolağı seçirlər. Düzünə hərəkət edənlər isə sağ tərəfi. Lakin sağ zolağı "işğal" edən "BMW" düzünə getmək istəyənlərin yolunu kəsib. Sürücülər məcbur olub sağa çıxmalıdırlar. Sağda isə onsuz da tıxacdır. Belə vəziyyətdə qəza şəraiti də yaranır. 

Qeyd edək ki, qanunda bu pozuntu dayanma - durma kimi qiymətləndirilsə, sürücü 20 manat cərimə olunur. Lakin bu vəziyyətdə yaranan tıxac qəza şəraiti necə olsun? 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR