Messi və Ronaldo dodaq-dodağa... - FOTO

Messi və Ronaldo dodaq-dodağa... - FOTO
10:24 22 Aprel 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

 

Aprelin 23-də İspaniyanın Katoloniya bölgəsində “Sant Jordi” günü qeyd olunur. Lent.az “qafqazinfo”ya istinadən xəbər verir ki, sevgililər gününü əvəz edən bu tarixdə katoloniyalılar bir-birinə hədiyyələr alırlar.

 

Adətən “San Jordi” günündə oğlan sevdiyi xanıma gül, xanım isə sevdiyi bəyə kitab hədiyyə edir.

 

Sözügedən günə 2 gün qalmış yerli sənətkarlardan biri maraqlı sənət əsəri ilə çıxış edib. Belə ki, rəssam Tvboy “Barselona”nın futbolçusu Lionel Messi ilə Madrid “Real”ının ulduzu Kristiano Ronaldonun portretini çəkib.

 

Həmin şəkildə ulduz futbolçular dodaq-dodağa öpüşürlər. “Eşqin gözü kordur” adı verilən sənət əsərində kitab Ronaldoda, gül isə Messidə olur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR