İnsan heç vaxt yadplanetli məxluqları görə bilməz. Bunu
rusiyalı alimlər iddia edir. Onların sözləeinə görə, bu vaxta qədər
yadplanetliləri gördüyünü deyənlər əslində hallusinasiya görüblər,
ya da bu, yalnız onların təxəyyülünün məhsuludur.
Onlar bu fiirlərini, yadplanetlilərlə bizim aramızdakı
zaman fərqi ilə əsaslandırırlar. Yəni yadplanetlilər insan gözünün
görə bilmədiyi vaxt aralığında yerə enirlər. Alimlərin fikrincə,
yadplanetlilərin Yerə kütləvi enişi dövrünü insanlar görə
bilməyəcək. Çünki o vaxta qədər insan qalmayacaq.
Yadplanetlilərlə bağlı mühüm faktın ÜSTÜ AÇILDI: sən demə, insan...
Uzun illərdir ufologiya ilə məşğul olan Nazim Əhmədli
Publika.az-a açıqlamasında rusiyalı alimlərin bu
iddialarına cavab verib.
O bildirib ki, rus ideoloqları, ufoloqları kainatla bağlı
məsələlərdə hər zaman dünya alimlərinə zidd fikirlər
səsləndirirlər: “Düzdür, nə qədərki bəşəriyyət yad sivilizasiyaları
dərk etmir, yad planetdən olanların mövcudluğunu da anlamayacaq. Bu
mənada insanların onlarla görüşmələri psixologiyalarına mənfi təsir
edə bilər. Ona görə də yadplanetlilər insanların gözünə mümkün
qədər az görünməyə çalışırlar. Bəşəriyyət kamilləşəndən sonra
onlarla görüşə biləcək. İndi isə bəşəriyyətdə kamillikdən danışmaq
mümkünsüzdür. Bu gün bəşəriyyətin 5-10 faizi kosmosu dərk edir.
Qalanların başı müharibələrə qarışıb. Əgər bəşəriyyət silah kəşf
etməkdənsə, elmə diqqət ayırsaydı, yadplanetlilər yerdəki
insanlarla əlaqə saxlayar, daha çox görünərdilər”.
N.Əhmədli deyir ki, yadplanetliləri görməyi hallüsinasiya ilə
əlaqələndirmək doğru deyil.
“Bu iddia yalnız bir alimə məxsusdur və onu bu fikrinə görə
qınaya bilmərik. Dünyada məşhur ufoloqlar var, onlar yadplanetlilər
barədə tədqiqatlar aparıblar. Həmin tanınmış alimlərin fikirlərini
bir sözlə inkar etmək mümkün deyil. Düzdür, Yer planeti ilə digər
planetlər arasında çox böyük zaman fərqi var. Lakin buna
əsaslanaraq onları görə bilməməyimiz barədə fikir yürütmək də doğru
deyil. ABŞ-da 4 növ yadplanetli ilə əlaqə var. Dünyada böyük kosmik
institutlar onları araşdırmaqla məşğuldur. Hətta onların bir sıra
yerlərdə gizli bazaları da var, insanlar onların elmi texniki
tərəqqilərindən istifadə edirlər. Lakin heç də bütün elmi
yeniliklərini bizə idxal etmirlər”, - deyə N.Əhmədli bildirdi.
Yadplanetlilərin insanlarla bir yerdə yaşamasının nə zaman
mümkün olacağına gəldikdə, o, bu birliyi istisna etmədiyini, ancaq
bunun üçün insanların onları dərk etməsinin vacib olduğunu dedi:
“Onlar milyon illərdir Yer kürəsinə gəlib-gedirlər. Bizə qədər olan
sivilizasiyalar vaxtında da bura gəliblər. Şumerlərin vaxtında,
Mesopatamiyadakı qızılı öz planetlərinə aparmaları barədə yazılar
var. Sfinksin (Qədim Misir mifologiyasına görə qoruyucu tanrı –
red.) heykəlinin altındakı təyyarə, kosmonavt şəkilləri Yer
kürəsinin nəzarət altında olduğundan xəbər verir. Bütün bunları
biləndən sonra rus alimin fikirlərini qəbul edə bilmərəm”.
Gülxar
Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/196028.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)