Neft yenə ucuzlaşdı

Dünya birjalarında neft yenə ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, buna ABŞ-da istehsalın artması səbəb olub.

Rəsmi məlumatlara görə, bu ölkədə neft istehsalı 2015-ci ilin avqust ayından bu yana ən yüksək səviyyəyə çatıb.

Qərbi Texas nefti (WTI) Nymex birjasında 2,1% ucuzlaşaraq ilə 49.58 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 1,9% ucuzlaşaraq 51.96 dollara düşüb.

ABŞ-da hasilatın artması OPEC-in və digər 11 ölkənin hasilatı azaltmalarının yerini doldurur və bu da qiymətlər üzərində təzyiq yaradır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR