XƏBƏRDARLIQ: Paltarları evdə qurutmayın

Mütəxəssislər deyir ki, paltarları evdə qurutmaq sağlamlığınız üçün ziyandır.

Metbuat.az xəbər verir ki, Qlazqo şəhərində aparılan araşdırmanın nəticəsinə görə, evdə paltar asan ailələrin sağlamlıq səviyyəsi aşağı olub. Bunun əsas səbəbi evdə əmələ gələn nəmdir. Nəm, küf insanların immunitet sisteminin zəifləməsinə, ağciyər infeksiyaları, astma xəstəlikləri və müxtəlif tənəffüs problemlərinin ortaya çıxmasına səbəb olub.

Bundan sonra paltarlarınızı evin içində qurutmaq istəyəndə, bir daha düşünün.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR