Kişilər qadınlardan daha çox internetdən istifadə edir

Kişilər qadınlara nisbətən internetdən daha çox istifadə edir.

Metbuat.az xəbər verir ki, internet araşdırma mərkəzlərindən biri apardığı araşdırmadan sonra bu qənaətə gəlib. Məlum olub ki, 65 yaşdan yuxarı kişilər qadınlara nisbətən tənhalıqdan daha çox əziyyət çəkdikləri üçün interneti özlərinə həmdəm bilir.

Qadınlar isə ailə və nəvələrə çox vaxt ayırdığından boş vaxtları az olur. Bu səbəbdən də kişilərlə qadınların internetdən istifadələri arasında böyük fərq yaranır.

Qeyd edək ki, ay ərzində 65 yaşdan yuxarı kişilərin 33, qadınların isə 19%-i sosial şəbəkələrdən istifadə edir. Onlar həyatlarını internetsiz təsəvvür etmədiklərini deyir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR