ŞOK- dünya bu olaydan danışır

Cənubi Afrikanın Paddok şəhərində möcüzə kimi hadisə baş verib.

Metbuat.az xəbər verir ki, afrikalı bir qadın yeni dünyaya gələn övladının üstünü qum və taxtayla örtərək, ölümə tərk edib. Ana övladını ölümə məhkum etsə də, o istəyinə nail ola bilməyib. Belə ki, möcüzə nəticəsində uşaq sağ qalmağı bacarıb.

Körpənin basdırıldığı yerə yaxınlıqda fəaliyyət göstərən zavod işçiləri üç gündən sonra uşağın ağlama səsini eşidib.

İşçilərin körpəni qurtarmasından sonra polis 25 yaşındakı ananı həbs edə bilib. Qadın 4 yaşında daha bir övladının olduğunu və öz ailəsi ilə birlikdə yeni bir övlad istəmədiyi üçün bu işi etdiyini etiraf edib.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR