Bakıda seyf oğruları tutuldu

Bakıda seyf oğruları tutuldu
11:52 22 Aprel 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində oğurluq edən şəxslər saxlanılıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Xəzər rayon 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə  aprelin 20-də rayon ərazisindəki mağazalardan birindən içərisində 3130 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Süleymanlı və Cabir Nağıyev tutulublar.
 
Binəqədi rayon 4-cü PB-nin əməkdaşları tərəfindən aprelin 20-də rayon ərazisindəki MMC-lərdən birinin anbarından 2000 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fikrət Abdullayev tutulub.
 
Hər bir faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR