“WhatsApp”-da daha bir möhtəşəm

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” İOS platformalı telefonlar üçün yenilik edib.

Metbuat.az xəbər verir ki, 88 Mb-lıq 2.16.10 seriyalı yenilik İOS 10-un funksiyalarından daha yaxşı yararlanmaq üçün istifadəyə verilib.

Yenilik sayəsində artıq “Siri” ilə “WhatsApp”ı da əlaqələndirmək olacaq. Belə ki, “Siri” sizə səsli olaraq “WhatsApp” mesajınızı oxuyacaq və sizin dediklərinizi mesaj olaraq göndərəcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR