Sarkisyan yeni naziri İŞDƏN QOVUR

Sarkisyan yeni naziri İŞDƏN QOVUR
11:57 22 Aprel 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın FHN rəhbəri vəzifəsindən uzaqlaşdırılacaq.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyində keçmiş nazir Armen Yeritsyanın ölümündən sonra struktur daxilində xaos yaranıb. Necə deyərlər, it yiyəsini tanımır. 

Yeni nazir Davit Tanoyan öncə bir sıra dəyişikliklər həyata keçirərək, nəqliyyat polis rəisi Arsen Arşakyanı işdən azad edib. Daha sonra yeni nazir işçi heyəti ilə həftəlik məsləhətləşmələri ləğv edib. 

Hazırda Sarkisyan onun əvəzinə general Manvel Qriqoryanın yaxın ətrafından olan, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin rəhbəri Muşeğ Qazaryanı təyinat etmək istəyir. Məlumatlara görə, Davit Tanoyan Sarkisyanın yeni komandasında yer almayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/537704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR