Bakıda ŞOK OLAY: Ərəb turist 16 yaşlı qızı intim münasibət üçün hotelə gətirdi, sonra... - VİDEO

Bakıda ŞOK OLAY: Ərəb turist 16 yaşlı qızı intim münasibət üçün hotelə gətirdi, sonra...  - VİDEO
12:03 22 Aprel 2017
236 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdakı hotellərin birində ərəb turistin iştirakı ilə xoşagəlməz hadisə yaşanıb.

Publika.az baku.ws-ə istinadən xəbər verir ki, hoteldə müştəri olan şəxs hotelin girəcəyində bir ərəb və uşaq görkəmli qızın administratorla dialoqunun şahidi olub. Ərəb yanında gətirdiyi qızla nömrəyə getmək istəyib. Hotel administratoru isə ərəbə başa salmağa çalışıb ki, Azərbaycanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmək cinayətdir.

Məlumatı verən mənbə bildirib ki, o, yaranmış mübahisədən istifadə edərək azyaşlı qızla söhbət edib ərəbin onu aldadaraq hotelə gətirib-gətirmədiyi ilə, eyni zamanda yaşı ilə maraqlanıb. Nəticədə məlum olub ki, 2001-ci il təvəllüdlü qız Bakıda yerləşən barların birində ərəblə tanış olub. Hotelə isə ərəblə gecələməyə gəlibmiş. Amma hotel rəhbərliyi onların bu arzusunu çin olmağa qoymayaraq, həmin şəxslərə nömrə verməyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR