Kişi hamiləlik testi etdi

ABŞ-da kişi gülüş naminə hamiləlik testi edib, lakin nəticə onu şoka salıb.

Metbuat.az xəbər verir ki, kişi testdən sonra xərçəng xəstəliyinə tutulduğunu öyrənib.

Sosial şəbəkədə testin pozitiv nəticə göstərdiyi haqda status yazan kişiyə şərhçilərdən biri bunun xəstəlik göstəricisi olduğunu bildirib. Həkimə müraciət edən kişi həqiqətən də xəstə olduğunu öyrənib. Müayinə onun prostatit vəzi xərçəngi olduğunu ortaya çıxarıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR