Prosineçki yığmanı Avstriyaya aparır

Prosineçki yığmanı Avstriyaya aparır
12:17 22 Aprel 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

 İyunun 10-da Şimali İrlandiyanı qəbul edəcək Azərbaycan millisinin hazırlıq planı məlumdu. Fanat.Az xəbər verir ki, bunu yığmanın xorvat çalışdırıcısı Robert Prosineçki jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.


 

Mayın 15-də toplanışa başlayacaq millimiz 5 gün sonra Avstriyaya uçacaq. İyunun 3-nə qədər sözügedən ölkədə təlim-məşq toplanışını sürdürəcək seçməmiz 2 yoxlama görüşü də keçirəcək. Rəqiblərin adları hələ müəyyənləşməyib. Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağımız şimali irlandiyalıların oyun üslubuna uyğun futbol sərgiləyən rəqib axtarışında olduqlarını söyləyib.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində geridə qalan 5 turdan sonra Şimali İrlandiya yığması 10 xalla ikinci, millimiz isə 7 xalla dördüncüdü.  



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-yman-avstriyaya-aparr-t57805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR