25 kiloluq ilanı belə müalicə etdilər

Nəhəng ilanın müalicəsi hər kəsi şoka salıb.

Metbuat.az bildirir ki, Bursa heyvanat bağçasında tapılan "boa" adlı ilan xəstələnib. Nəhəng ilanı müalicə etmək üçün zoopark əməkdaşlarının cəhdləri uğurla nəticələnib. 25 kiloluq 9 yaşlı ilanın infeksiyaya yoluxduğu məlum olub. Əməkdaşlar öncə ilanın dişlərinə taxta parçası yerləşdirib, ilanın yarasını müalicə etməyə başlayıblar. Onlar ilanın insanlarda olduğu kimi viral mikroblara yoluxa biləcəyini deyib. Mütəmadi müalicə tətbiq edilən nəhəng "boa" artıq sağlamlığına qovuşmağa başlayıb.

Qeyd edək ki, heyvanat bağçasında ilanlar üçün xüsusi lampalar var. İlanlar isinmə və günəş ehtiyaclarını bu lampalar vasitəsi ilə ödəyir. Ayrıca ilanların tərləmə kimi xüsusiyyəti olmadığı üçün gündəlik su ilə isinirlər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR