Bakıda daha bir küçə bağlandı - TƏMİRƏ GÖRƏ

Bakıda daha bir küçə bağlandı - TƏMİRƏ GÖRƏ
12:39 22 Aprel 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

 

Xətai rayonu Süleyman Vəzirov küçəsinin təmiri işləri aparılır. “Azəravtoyol” ASC-dən  Lent.az-a verilən məlumata görə,  təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt örtüyü döşənir. Ümumilikdə yolun 10 min m2 –dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

 

Piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulur, mövcudları isə bərpa olunaraq asfaltlanır. Piyada səkilərinin kənarlarına isə 1500 p/m yeni səki daşının düzülməsi işləri aparılıb.

 

Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb, 6 ədəd yağış barmaqlıqları qoyulub. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 12 ədəd baxış qapağı yenilənib.

 

Təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə 20 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR