Leninin nəşi Tümendə gizlədilibmiş

Tarixi şəxsiyyətlər haqda nə qədər filmlər çəkilsə də, bəzi məqamlar hələ də qapalı qalır.

Metbuat.az xəbər verir ki, Lenin haqda bəzi sirlər ortaya çıxıb. Demək olar ki, hazırda Mavzoleydən başqa Lenin haqda xüsusi iz yoxdur.

Son zamanlar bəzi tarixçilər onun nəşinin mövcudluğuna qarşı çıxır.

Qeyd edək ki, onun nəşi 1941-ci ildə Mavzoleydən yoxa çıxıb. Stalinin əmri ilə nəş Tümenə aparılaraq, kənd təsərrüfatı texnikumunun 2-ci mərtəbəsində xüsusi mühafizə şəraitində saxlanılıb. 3 il 9 ay boyunca nəşin harada olduğundan kimsənin xəbəri olmayıb. Yalnız 1945-ci ilin payızında Mavzoley yenidən fəaliyyətə başlayıb. Hər il 450 mindən çox insan bura baş çəkir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR