Güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
12:49 22 Aprel 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.  Mülayim şimal-qərb küləyi gündüz  arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 15-19 dərəcə olacaq. 

 

Bakıda gecə 7-9° isti, gündüz  16-18° isti olacağı gözlənilir. 

 

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında  güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

 

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi metehəssas insanlar üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında,  şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR