"Neftçi"ni “zirzəmi”də görmək mənə pis təsir edir"

"Neftçi"ni “zirzəmi”də görmək mənə pis təsir edir"
13:17 22 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin bu gündə olmasını istəməzdim. Mən o klubun yetirməsiyəm”. Bu sözləri Fanat.Az-a açıqlamasında “İnter”in yarımmüdafiəçisi Mirhüseyn Seyidov deyib.


“Ağ-göylər”lə Premyer Liqanın bürünc medallarını qazanan futbolçu “ağ-qaralar”ın heyətindən uzaqlaşdırılmasından danışıb:

“Çingiz Abdullayev klubun Müşahidə Şurasına yenicə sədr təyin olunmuşdu. Rəhbərlik kimin necə futbolçu, necə insan olduğunu yaxşı bilmirdi. İndiki komandama - “İnter”ə 0:4 hesabıyla uduzduğumuza görə bir neçə futbolçu komandadan göndərildi. Hardasa 15 dəqiqə oynamışdım, “qırmızı” almışdım. Ürəyimə dammışdı ki, məni komandadan çıxaracaqlar. Elə də oldu...”


Seyidov daha sonra əlavə edib: “”Neftçi”dən müəyyən məbləğdə pul almalıydım. “İnter”in klubuma pul ödəmək imkanı olmadığı üçün halallığını verib getdim. İncik deyiləm. Futbolçu karyerası belədi. Sadəcə, bu komandanı turnir cədvəlinin “zirzəmi”sində görmək mənə pis təsir edir. İnşallah, onlar üçün hər şey yaxşı olar. “Neftçi” futbolumuzun flaqmanıdı”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotni-zirzmid-gormk-mn-pis-tsir-edirquot-t57808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR