Klaviaturadakı bu iki qabarıq xəttin mənası nədir?

Kompüter klaviaturasındakı F və J hərflərinə diqqət etdinizmi? Düymələrin üzərində kiçik, qabarıq bir xətt var.

Hətta sensorsuz mobil telefonların "5" düyməsində də eyni xətt olur. Bu kiçik xəttlər sayəsində bütün barmaqlarınızla klaviaturadan istifadə edə bilərsiniz.

Belə ki, "F" və "J" hərflərindəki bu xəttlər sizə yol göstərici rolunu olur. İşarə barmaqlarınızı bu iki düyməyə qoymanız lazımdır ki, digər barmaqlarınız daha tez və rahat hərəkət etsin.

Bir digər səbəbi isə, bu xəttlər gözləri görməyən insanlar üçün işarə nöqtəsi hesab edilir.

Klaviaturadakı bu iki xəttin mənası nədir?Çox təəccüblənəcəksiniz!  - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR