Cəzasının bitməsinə 4 dəqiqə qalmış edam olundu

ABŞ-ın Arkanzas ştatında cinayət törətdiyinə görə dam cəzasına məhkum olunan şəxs verilən cəzanın qüvvədən düşməsinə 4 dəqiqə qalmış edam olunub.

Metbuat.az bildirir ki, 1993-cü ildə adam öldürdüyünə görə həbs edilən 51 yaşlı Ledel Li damarına yüksək miqdarda zəhərli maddələr yeridilərək edama məhkum olunub. Onunla birgə daha 5 məhkum da eyni aqibətlə üzləşib.

Hadisədən sonra qeyri-adi məqamlar ortaya çıxıb. Belə ki, edam məqsədilə istifadə olunan dərmanların köhnəlməsi, dərman firmalarının həbsxananı sözügedən preparatlarla təmin etmək istəməməsi edam prosesini daha da sürətləndirib.

Qeyd edək ki, edam cəzasında istifadə olunan midazolam maddəsi ölkədə ciddi müzakirələrə səbəb olub. Zəhərli iynənin bir neçə dəqiqə ərzində məhkumu öldürəcəyi gözlənilir, ancaq son illər edam proseeslərində iynənin öz təsirini gözlənilən tərzdə göstərməməsi, məhkumların dəqiqələrlə ölümlə çarpışması diqqət çəkir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR